Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini - İ.Fərəcullayev və A.Əkbərov saxlanılıblar.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 09.11.2023
Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Masallıda qanunsuz ov edən şəxslər SAXLANILDI - FOTO
163667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.