“8 mart Beynəlxalq Qadınlar bayramı ilə əlaqədar olaraq “Şəki Qala” restoranının şou - proqramında iştirak etdik. Lakin “Şəki Qala” restoranı bizi aldatdı. Və mən qonaqlarımın yanında biabır oldum”.
Bu sözləri Bizim.Media-ya zərərçəkmiş Aygün İsmayıllı söyləyib. “Restoran bizə öncədən hazırlanmış menyu əsasında 1 nəfər üçün tədbirin qiymətinin 100 manat olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda qəlyan təklif edən çay evinin rəhbəri həbs edildi - VİDEO
Restorandan bizə deyildi ki, 3 nəfər böyük və 10 yaşlı uşaq, cəmi 4 nəfər ödənişli xidmət əsasında, digər 6 və 3 yaşlı 2 uşaq isə ödənişsiz olaraq tədbirdə iştirak edə bilər. Restorandan əlavə olaraq menyuda olan təamlar masaya fasiləsiz olaraq istənilən miqdarda veriləcəyi söz verildi”.
Aygün İsmayıllı əlavə edir ki, ümumi şou-proqramın qiyməti 400 manat təşkil etdi:
“Restoran bu məbləği bizə öncədən ödənilməli olduğumuzu dedilər. Biz də 06 mart 2021-ci il tarixdə 400 manat pulu restorana nəğd ödədik. Bu zaman heç bir maliyyə sənədi, kassa çeki təqdim olunmadı!
08 mart 2021-ci ildə axşam saatlarında restoranda olarkən restoran əməkdaşları bizə azyaşlı 2 uşağa görə (3 yaş və 6 yaş) menyuda nəzərdə tutulan təamlardan verilməyəcəyini bildirdilər.
Restoran əməkdaşları bunu 2 uşağa görə 200 manat pulu ödəməməyimizlə əsaslandırdılar. Ancaq onlar əvvəl bizə belə söz deməmişdilər. Təbii ki, biz uşaqlar üçün ödəniş etmədik. Onlara 20 manatlıq menyu aldıq”.
Zərərçəkən deyir ki, restoran onlara həm maddi, həm də ki, mənəvi ziyan vurub:
“Birincisi, uşaqlara ödəniş tələb etməklə məni qonaqlarımın yanında biabr etdilər. İkincisi isə süfrədə 400 AZN dəyərində yemək yox idi.
Ümumi olaraq süfrədə 80 AZN civarında menyu olardı. Restorandan mənə dəyən ziyanın - 320 manatın ödənilməsini tələb edirəm”.
Gülşanə Mustafayeva, Bizim.Media