Cərimələrə "endirim kampaniyası" adı ilə sürücülər necə aldadılır? - RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Cərimələrə "endirim kampaniyası" adı ilə sürücülər necə aldadılır? - RƏSMİ AÇIQLAMA/FOTO

163647

Sosial şəbəkələrdə sürücülərin cərimələrinə endirim edəcəkləri ilə bağlı şirnikləndirən bir sıra səhifələr mövcuddur. Onlar bu barədə mütəmadi olaraq elanlar paylaşaraq, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələrə "endirim kampaniyası" təklif edirlər. 

Belə səhifələrdən biri də “asancerime”-dir. Bu  səhifəyə keçid edən şəxslərdən cəriməni endirimlə ödəmək adı ilə bank kartının nömrəsi istənilir. Əsl məqsəd isə hesab nömrəsinin ələ keçirilməsidir. 

Bu yalançı vədə inanan sürücülərin bank kartları oğurlanır, ödəyəcəkləri cərimə məbləğləri ələ keçirilir. 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İnspektoru Rüstəm Əhmədli Bizim.Media-ya açıqlamasında sürücülərə xəbərdarlıq edib. Qurum rəsmisi bildirib ki, bu kimi paylaşımlara əsla etibar etmək olmaz:

“Bu səhifələr qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Həmin şəxslər leqal olmayan yollara əl ataraq, sürücülərin ödənişlərini ələ keçirirlər. 

Bu istiqamətdə qaynar xəttimizə gələn zənglərin böyük əksəriyyəti məhz dələduzluqla məşğul olan “asancerime.com” internet saytı ilə bağlıdır. Araşdırmalarımıza görə, sözügedən sayt ABŞ-da yaradılıb və Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hazırda bu kimi səhifələrlə mübarizə məqsədli tədbirlər görülür”.



Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin