“Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var.
ASC-dən Bizim.Media-ya verilən məlumata görə, dövlətimizin başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsilə rayon ərazisində bütün lazımi obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır.
Qeyd edək ki, düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30 ildən sonra doğma sakinlər Zəngilanda, Laçında, Füzulidə yaşayır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan işlər çərçivəsində “Azərişıq” ASC də üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir.
Bildirilir ki, ASC-nin məqsədi xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firavan yaşamasında qurumun payının olmasıdır.
Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir.
- A-
- A
- A+
Cəmiyyət
12:21 / 09.11.2023
Füzuliyə köçürülən sakinlər işlə təmin olunub
Hazırda oxunan: Füzuliyə köçürülən sakinlər işlə təmin olunub
Hazırda oxunan: Füzuliyə köçürülən sakinlər işlə təmin olunub
163619
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.