ADNSU-nun rektoru Universitetin fakültə və şöbələrində olub - Fotolar

Hazırda oxunan: ADNSU-nun rektoru Universitetin fakültə və şöbələrində olub - Fotolar

163609
Dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin fakültə və şöbələrində olub. Geoloji-kəşfiyyat, Qaz-neft mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İqtisadiyyat və Menecment, İnformasiya Texnologiyaları və İdarəetmə fakültələri, Əcnəbi tələbələr üzrə dekanlıq, Fransız-Azərbaycan Universiteti (UFAZ) və digər şöbələrə baş çəkən rektor M.Babanlı universitetin bütün kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni ildə uğurlar arzu edib.

2016-cı ildə ADNSU-da həyata keçirilən uğurlu islahatlardan danışan rektor UFAZ-ın yaradılmasını təkcə universitetin deyil, Azərbaycanın təhsil sistemində ən uğurlu layihələrindən biri kimi qiymətləndirib. Bu il qısa müddətdə elektron universitetin qurulmasını mühüm işlərdən biri kimi dəyərləndirən rektor M.Babanlı 2017-ci ildə bu sahədə olan bəzi çatışmazlıqların tam aradan qaldırılacağını qeyd edib.

2016-cı ildə ADNSU-ya qəbul olunan tələbələrin sayının 2000 nəfərə qədər artığını bildirən prof. M.Babanlı bu il I qrup üzrə 500-dən çox bal toplayan tələbələrin 51 %-nin ADNSU-nu seçdiyini vurğulayıb.

“eazi START”x9d startap məktəbinin uğurlarını da yüksək qiymətləndirən rektor Mustafa Babanlı gələn ildən ADNSU-nun nəzdində bir neçə startap müəssisəsinin yaradılacağını bildirib: “Bu il bizim tədris sahəsində qarşıya qoyduğumuz demək olar ki, bütün məsələlər öz həllini tapıb. Elmi işlərdə də bəzi çatışmazlıqlara baxmayaraq nəzərəçarpacaq dəyişikliklər var. 2016-cı ildə biz dünyanın bir çox nüfuzlu universitet və şirkətləri ilə əlaqələr qurmuşuq”x9d.

ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədris aparıldığını deyən rektor M.Babanlı 2017-ci ildən bu rəqəmin 23-ə çatdırılacağını söyləyib.

Gündəlik təcrübə proqramını universitetin ən uğurlu layihələrindən biri olduğunu qeyd edən rektor tələbələrin istehsalat müəssisələri ilə tanışlığının onların gələcək karyeraları üçün tramplin rolunu oynayacağını deyib: “2016-cı ildə Azİİ üçün ən yaddaqalan hadisələrdən biri ilk dəfə Məzun Karyera Sərgisinin keçirilməsi oldu. Sərgidə universitetimizin 2000-ə yaxın tələbə və məzunu 35-dən çox şirkətə öz CV-lərini təqdim etdi. Bundan sonra bu cür sərgilərin hər ilin may və dekabr aylarında keçirilməsini planlaşdırırıq”x9d.

2017-ci ildə qarşıya qoyulan məqsədlərdən danışan prof. M.Babanlı ADNSU-da sənəd dövriyyəsinin elektronlaşdırılacağını, universitetdə laboratoriyaların inkişaf etdirilməsi istiqamətində işlər görüləcəyini vurğulayıb.

ADNSU-nun fakültə dekanları bayram təbrikinə görə rektor Mustafa Babanlıya təşəkkür edərək 2016-cı ildə universitetdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu işin 2017-ci ildə də davam etdirilməsi üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

Sonda bir daha ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən rektor Mustafa Babanlı 2017-ci ildə universitetin daha böyük uğurlara imza atacağına inandığını bildirib.
ADNSU-nun rektoru  Universitetin fakültə və şöbələrində olub <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14405.jpg">ADNSU-nun rektoru  Universitetin fakültə və şöbələrində olub <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14406.jpg">ADNSU-nun rektoru  Universitetin fakültə və şöbələrində olub <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14407.jpg">ADNSU-nun rektoru  Universitetin fakültə və şöbələrində olub <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14408.jpg">ADNSU-nun rektoru  Universitetin fakültə və şöbələrində olub <i style= - Fotolar" src="//old.moderator.az/fotobaza/original/14409.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin