Rusiyadan gətirilən toyuq qiyməsində gizlənən təhlükə - DİQQƏT! 

Hazırda oxunan: Rusiyadan gətirilən toyuq qiyməsində gizlənən təhlükə - DİQQƏT! 

16360

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gətirilən toyuqların dərisində salmonella aşkarlandı


Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin