8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıb, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar.
Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb, Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:42 / 08.11.2023
DTX-nin Laçın rayon şöbəsi AÇILIB - FOTO
Hazırda oxunan: DTX-nin Laçın rayon şöbəsi AÇILIB - FOTO
Hazırda oxunan: DTX-nin Laçın rayon şöbəsi AÇILIB - FOTO
163545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.