Zəngilan rayonunun Ağalı kəndində 8 noyabr Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub.
Bizim.Media xəbər verir ki, bayram tədbirində Ağalı kəndinin sakinləri, Zəngilan rayonunda fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Konsert proqramında incəsənət xadimlərinin təqdimatında qələbə əhval-ruhiyyəli musiqi bəstələri ifa olunub.
Həmçinin, tədbirdə kənd sakinləri çıxış edərək bu böyük günü onlara yaşadan Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, igid Azərbaycan Ordusuna və şəhidlərimizə minnətdarlıq hissi bildiriblər.
Bizim.Media