Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
"Türk Şurası yeni birlik yaradır" - Bağdad Amreyev
Bildirilib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ildə Şamaxı, Quba, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrində erməni dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı soyqırımın xatirəsini əks etdirir:
"Bu gün Azərbaycan xalqı və hökuməti soyqırımı qurbanlarını yad edir və dünya ictimaiyyətini bu dəhşətli əməlləri tanımağa çağırır".
"Azərbaycanlı qardaşlarımızla birlikdə bu hadisələr zamanı həyatını itirən bütün şəhidləri yad edirəm və bir daha təkrar etmək istəyirəm ki, Türk Şurası olaraq bölgəmizdə və onun xaricində sülh və əmin-amanlığı təmin etmək üçün var gücümüzlə çalışacağıq", - deyə Baş katibin bəyanatında qeyd olunub.
Bizim.Media