Ağsu məktəbliləri Zəfər günü münasibətilə fləşmob təşkil ediblər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu Şəhər Stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektoru "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş fləşmob keçiriblər.
Tədbirin təşkilində məqsəd gənclər arasında vətənpərvərliyin təbliği, "8 Noyabr - Zəfər Günü"nün qeyd olunması olub.
Təşkil olunan fləşmobda 235 nəfər gənc iştirak edib.
Bizim.Media,Aran bürosu