Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib.
MÖVZU İLƏ BAĞLI:
Xaçatryan məhkəmədə yenə AĞLADI – VİDEO
Bununla da cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, dövlət ittihamçısı Vaqif Xaçatryan üçün 15 il həbs cəzası istəmişdi.
Xatırladaq ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmila Abulovadır.