Hansı deputatlarımız Xankəndidə çalışmağa HAZIRDIR? – SORĞU 

Hazırda oxunan: Hansı deputatlarımız Xankəndidə çalışmağa HAZIRDIR? – SORĞU 

163333

Qarabağda suveren hüquqlarımızın bərpası bu bölgə üçün çox böyük perspektivlər açır. Həmin perspektivlərdən biri də yeni iş yerlərinin açılması, müxtəlif təyinatlı strukturların yaradılmasıdır. Bundan başqa Xankəndi və Şuşanın elmi mərkəzə çevrilmə imkanları da var. Nəzərə alaq ki, bu sahədə hər iki şəhərin gözəl ənənələri olub.

Bəs, deputatlarımızdan kimlər yaxın gələcəkdə Qarabağda çalışmaq istəyir?

Bizim.Media millət vəkillərinin bu mövzuda fikirlərini öyrənib:
 

MÖVZU İLƏ BAĞLI:

Partiyalar üçün 5 milyon manat vəsait ayrılması YETƏRLİDİR? – SORĞU 


Millət vəkili Müşfiq Məmmədli işğaldan azad olunmuş ərazilərdə işləməyə istənilən zaman hazır olduğunu qeyd edib: 

“Xatırladım ki, atəşkəs dövründə mən orduda xidmət edərkən Tərtər bölgəsində olmuşam. O zaman tibb xidməti heyətində çalışmışam. Hərbi rütbəm də tibb xidməti baş leytenantına qədər yüksəlib. Hərbi tibb məntəqəsinin rəisi olmuşam. Yəni Qrabağ bölgəsində işləmək mənim hərzamankı arzum olub. Üstəlik, mənim valideynlərim də Şərqi Zəngəzurdan və Qarabağdandır. Bu baxımdan da Qarabağ mənin kiçik Vətənimdir. Təbii ki, böyük qürurla bir həkim kimi Qarabağda işləməyə hazıram”.

“Xankəndində elmi fəaliyyətlə məşğul olmağa hazırıq”

Millət vəkili Elman Nəsirov Xankəndidə elmi fəaliyyətlə məşğul olmağa hazır olduğunu bildirib:

“Xankəndi hər zaman Qarabağın mərkəzi olmaqla yanaşı həm də bölgənin elmi mərkəzi olub. Bu şəhərdə uzun illər Pedaqoji İnstitut fəaliyyət göstərib. Bu ali məktəbdə çox sayda pedaqoji kadrlar hazırlanıb. Əminliklə deyə bilərəm ki, Qarabağda yeni bir dönəm başlayır. Bu inkişaf dönəmində elmi sahə xüsusilə öndə olacaq. Bilirsiniz ki, mən siyasi elmlər doktoru, professoram. Əgər təklif gəlsə, mənim elmi fəaliyyətimə ehtiyac duyulsa, mən böyük həvəslə Xankəndidə elmi fəaliyyətimi davam etdirə bilərəm”.

Millət vəkili Etibar Əliyev də Xankəndidə elmi fəaliyyətlə məşğul olmağa hazırdır:

“Qarabağda, xüsusən də Xankəndidə böyük elm mərkəzlərin və ali məktəblərin olacağına inanıram. Çünki bu bölgədə ali məktəblərin olması demoqrafik vəziyyətə də müsbət təsir edə bilər. Ümid edirəm ki, ən yaxın zamanda Xankəndi və Şuşada yeni universitetlər fəaliyyətə başlayacaq. Mən də bir elm adamı kimi məmnuniyyətlə həmin elm ocaqlarında çalışmağa hazıram. Bildiyiniz kimi mən həm də elmi fəaliyyətlə məşğulam. Fəlsəfə doktoruyam. Təklif gəlsə, yüz faiz müsbət cavablandıraram”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin