Vəkil Xaçatryan üçün bəraət hökmü İSTƏDİ – VİDEO  

Hazırda oxunan: Vəkil Xaçatryan üçün bəraət hökmü İSTƏDİ – VİDEO  

163308

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində müttəhimin vəkili Radmila Abılova çıxış edib.  

Bizim.Media xəbər verir ki, vəkil R.Abulova Vaqif Xaçatryana qarşı ittiham aktı barədə fikirlərini bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət ittihamçısı: “Xaçatryana qarşı alicənablıq nümayiş etdirilib” – VİDEO  


İttiham aktındakı məsələləri sadalayan Radmila Abulova deyib ki, Xaçatryan özünü təqsirli bilmir: 

"Vaqif Xaçatryan erməni milliyətindən olan Azərbaycan vətəndaşıdır. Ona görə də, onun barəsindəki istintaq Azərbaycan qanunları ilə tövsif edilir. Vaqif Xaçatryan bildirir ki, o, Meşəli qətliamında iştirak etməyib. Bunun özü cinayət tərkibi olmadığını göstərir. Mən təklif edirəm ki, Xaçatryan haqqında bəraət hökmü çıxarılsın", - deyə o əlavə edib. 

Dövlət ittihamçısı Cövdət Mehrəliyev isə bildirib ki, Vaqif Xaçatryanın Meşəli qətliamında iştirakı təsdiqlənib. 

Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. 

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. 

Görüntüləri təqdim edirik:
 

Nuranə Daxilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin