General rütbəsi verilən hərbçilərimiz KİMDİR? – DOSYE  

Hazırda oxunan: General rütbəsi verilən hərbçilərimiz KİMDİR? – DOSYE  

163307

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verilib - SƏRƏNCAM 


Sərəncamla aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib: 

Fərid Əliyev 

Fərid Əlibaba oğlu Əliyev uzun müddət gömrük orqanlarında çalışıb. 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb.  

2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb. Daha sonra isə Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki vəzifəsini icra edib. 2023-cü il yanvarın 17-də tutduğu vəzifədən ayrılıb və Müdafiə Nazirliyində çalışmağa başlayıb. F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.  

Müşfiq Məmmədov 

Polkovnik Müşfiq Xıdır oğlu Məmmədov da bu gün general-mayor rütbəsi ilə təltif edilən hərbçilərimiz siyahısındadır. O, uzun müddətdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi vəzifəsini icra edir. 

Namiq Bayramov 

Namiq Süleyman oğlu Bayramov uzun illərdir Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələriicra edib. 2014-cü ildə Polkovnik Namiq Bayramov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyinat alıb. O, 24 iyun 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin