2 saylı Uşaq Evi yardım YIĞIR? – FOTOFAKT-la bağlı rəsmi AÇIQLAMA 

Hazırda oxunan: 2 saylı Uşaq Evi yardım YIĞIR? – FOTOFAKT-la bağlı rəsmi AÇIQLAMA 

163301

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən 2 saylı Uşaq Evinin adından yardım yığılır. Bu barədə sosial şəbəkələrdə yardım kampaniyası başladılıb. “İnstagram” sosial platformasında “Cotton-az” səhifəsinin başlatdığı yardımda 2 saylı Uşaq Evinin sakinlərinin çıxılmaz durumda olduğu və maddi sıxıntı çəkdikləri qeyd olunub. Yardımın toplanması üçün hesab kartları da qeyd olunub. Hətta yığılan pula ərzaq alaraq Uşaq evinin sakinlərinə özləri tərəfindən təqdim olunacağı da vurğulanıb. 

Dövlətin balansında olan Uşaq evinə pul yığılması sosial şəbəkələrdə ciddi müzakirə doğurub. Paylaşımların altında dövlət müəssisəsinə yardımın toplanması tənqidlə qarşılanıb. 

Məsələ ilə bağlı 2 saylı Uşaq Evindən Bizim.Media-ya bildirilib ki, sözügedən yardım kampaniyasından xəbər tutan kimi hüquq mühafizə orqanlarına bu barədə müraciət ediblər:
 

MÖVZU İLƏ BAĞLI:

Qadın və uşaq sığınacağına 3 gündə 23 nəfər MÜRACİƏT EDİB  


“Paylaşılan məlumat reallığı əks etdirmir. 2 saylı Uşaq Evi tərəfindən yardımla bağlı hər hansı çağırış edilməyib və paylaşımların bizə heç bir aidiyyəti yoxdur”, - Uşaq Evindən bildirilib.

Qeyd edək ki, 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyevadır. 

Xatırladaq ki, sözügedən Uşaq Evinin adı bir neçə qalmaqallarda çəkilib. Ən son isə 3 il əvvəl Uşaq Evinin sakinlərinə fiziki və psixoloji təzyiq göstərilməsi ilə bağlı iddialar səsləndirilmişdi. 




Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin