Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media