Dövlət ittihamçısı: “Xaçatryana qarşı alicənablıq nümayiş etdirilib” – VİDEO  

Hazırda oxunan: Dövlət ittihamçısı: “Xaçatryana qarşı alicənablıq nümayiş etdirilib” – VİDEO  

163258

Bu gün Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasında dövlət ittihamçısı, Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edir. 

Bizim.Media xəbər verir ki, dövlət ittihamçısı Xaçatryanın əməlləri ilə bağlı faktları təqdim edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO  


"Cinayət cəzasız qalmır. Vaqifin yaxalandığı  vaxtdan ona qarşı alicənab münasibət nümayiş etdirilib. Vaqif zərərçəkənlərə qarşı dəhşətli cinayətlər törədib. Heç kim onu iclasda təhqir etməyib. Vaqifə sərbəst şərait yaradılıb ki, məhkəmədə rahat fikrini desin. Amma bizim Ermənistanda saxlanılan vətəndaşlarımıza qarşı fərqli münasibət göstərilib. Bu, Azərbaycan xalqının yüksək mədəniyyətindən xəbər verir" - deyə, ittihamçı bildirib.  

Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır. 
Görüntüləri təqdim edirik: 
 

Nuranə Daxilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin