Konstitusiya Məhkəməsinin Plenumu indiyədək 559 qərar QƏBUL EDİB 

Hazırda oxunan: Konstitusiya Məhkəməsinin Plenumu indiyədək 559 qərar QƏBUL EDİB 

163245

"Fəaliyyət göstərdiyi ötən 25 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 559 qərar və 164 qərardad qəbul edib". 

Bizim.Media xəbər verir ki, bu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məqaləsində əksini tapıb. 

O xatırladıb ki, ökə Konstitusiyası qəbul edildikdən sonra - 1998-ci ildə ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb:

"Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir". 

F.Abdullayev bildirib ki, fəaliyyət göstərdiyi ötən 25 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərar və qərardadlar, onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə edilməsinə xidmət edir: 
"Cari il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkə Konstitusiyasında təsbit edilmiş normaları rəhbər tutaraq bir sıra mühüm qərar və qərardadlar qəbul edilib". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin