Türkiyə vətəndaşı Beyləqan rayonunda avtomobili su kanalına aşırıb, xəsarət alanlar var.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Türkiyə vətəndaşı Murat Kavaklı idarə etdiyi "Mitsubishi L200 Pikap" markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisindən keçən hissəsində Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirdiyindən avtomobil yolun sağ kənarında yeni inşa edilən beton su kanalına aşıb.
Nəticədə Murat Kavaklı, həmin avtomobildə sərnişin qismində əyləşmiş digər Türkiyə vətəndaşları - 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci təvəllüdlü Əmrə Bakıçı və 1992-ci təvəllüdlü Gəncə şəhər sakini Emin Məmmədov bədən xəsarətlər alaraq "Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 07.11.2023
Beyləqanda avtomobil kanala AŞDI - Türkiyə vətəndaşları xəsarət ALDI
Hazırda oxunan: Beyləqanda avtomobil kanala AŞDI - Türkiyə vətəndaşları xəsarət ALDI
Hazırda oxunan: Beyləqanda avtomobil kanala AŞDI - Türkiyə vətəndaşları xəsarət ALDI
163242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.