Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərində keçiriləcək İkinci Qarabağ müharibəsində qələbəsinə həsr olunmuş Qələbə Paradı ilə bağlı hazırlıq işləri yekunlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Azərbaycan televiziyasında yayımlanıb.
Qeyd edək ki, noyabrın 8-də 44 günlük müharibə veteranları, eləcə də Vətən müharibəsində iştirakçı olmuş Azərbaycan Silahlı Qüvvələrinin nümunəvi hərbi bölükləri şəhərin baş meydanından keçəcək. Meydan artıq qələbə rəmzi sayılan “Dəmir yumruq” ilə bəzədilib.
Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.
Bizim.Media