Yasamal rayonu Salatın Əsgərova küçəsinin bir hissəsində işıqlandırma sisteminin olmadığını xəbər vermişdik. Söhbət, “Nizami” metrostansiyasının arxası, Hacı Sultan Əli məscidinin yerləşdiyi küçədən gedir. Sakinlər küçənin illərdir işığa həsrət qaldığını, hava qaraldıqdan sonra piyadalara və avtomobillərə təhlükə yaratdığını demişdilər.
Məsələni işıqlandırdıqdan sonra aidiyyəti qurumlar həmin küçədəki problemi həll ediblər.
Bu barədə Bizim.Media-ya “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Yasamal rayonu Təmir-Bərpa sahəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzi küçəsi İŞIQLANDIRILMIR - Aidiyyəti qurumlar isə “bizlik deyil” DEYİRLƏR – FOTO
Qurumdan bildirilib ki, küçəyə işıq dirəyi qoyulub, küçənin mərkəzində vaxtilə hava xətti ilə çəkilmiş, amma uzun müddətdir yanmayan lampa da elektrik şəbəkəsinə qoşulub və işıqlandırma bərpa edilib.
Günel, Bizim.Media