Xaçatryanın məhkəməsində Meşəli qətliamı ilə bağlı ekspertizanın NƏTİCƏLƏRİ AÇIQLANDI – VİDEO  

Hazırda oxunan: Xaçatryanın məhkəməsində Meşəli qətliamı ilə bağlı ekspertizanın NƏTİCƏLƏRİ AÇIQLANDI – VİDEO  

163093

Müharibə cinayətkarı Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində hakim Zeynal Ağayev 2007-ci il üzrə aparılan ekspertiza rəylərini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, sözügedən rəylərin nəticələrinə görə, Meşəli hadisələrində azərbaycanlıların odlu silahlardan açılan atəş nəticəsində öldürüldüyü təsdiqlənib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO  


Məlumatda qeyd olunub ki, Meşəli qətliamında yaralananların ekspertizası aparılıb. 

Məhkəmə sənədlərinin tədqiqi zamanı açıqlanan məhkəmə tibb ekspertizasının rəylərində göstərilib ki, 23 dekabr 1992-ci il tarixdə Quliyev Qənimət, Quliyeva Ruba, Novruzova Rübabə və digərləri üzərində keçirilən müayinəyə görə, həmin şəxslər güllə yarasından dünyasını dəyişiblər. 

Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır. 

Həmin görüntüləri təqdim edirik: 
 


Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin