Oğuz sakini sirkə turşusundan zəhərlənib.
Oğuz rayonunun Qumlaq kənd sakini 37 yaşlı Rəhman Hacıyev zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Pasiyent müayinə olunan zaman və aparılan söhbətdən sonra bəlli olub ki, Rəhman Hacıyev ehtiyatsızlıq edərək sirkə turşusu içib. Nəticədə zəhərləndiyi məlum olub. Xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 06.11.2023
Oğuzda 37 yaşlı kişi sirkə turşusundan ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Oğuzda 37 yaşlı kişi sirkə turşusundan ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Oğuzda 37 yaşlı kişi sirkə turşusundan ZƏHƏRLƏNDİ
163083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.