İşğaldan azad olunmuş ərazilərdə yeni vəkil büroları fəaliyyət göstərəcək

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə yeni vəkil büroları fəaliyyət göstərəcək

162994

Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı bugünkü imtahanda namizədlərin 27 faizi qadınlardır. Bu, Vəkillər Kollegiyasında qadın vəkillərin sayının azlığına müsbət təsir göstərəcək, beləliklə, getdikcə kişi və qadın vəkillər arasında fərq aradan qalxacaq.

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü imtahanın iştirakçıları arasında işğaldan azad olunmuş, şəhər və rayonlarımızı təmsil edən kifayət qədər namizəd var.

Hətta mən deyərdim ki, ən çox namizəd məhz bugünkü imtahanda iştirak edir. Bu, onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə yeni vəkil bürolarında fəaliyyət göstərəcək vəkillər məhz həmin rayonları təmsil edən hüquqşünaslar olacaqlar.
Bu, eyni zamanda, həmin rayonlarda və şəhərlərdə vəkillər və vətəndaşlar arasında kommunikasiyaya müsbət təsir göstərəcək”, - deyə Anar Bağırov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin