Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı imtahan keçirilir - FOTO

Hazırda oxunan: Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı imtahan keçirilir - FOTO

162985

Noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, imtahan saat 10:00-dan və 15:00-dan başlayaraq üç saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Mərkəzin kompüter mərkəzində elektronlaşdırılmış qaydada baş tutur.

Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş imtahanda 294 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək. Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakına şərait yaradılıb.

İmtahanda namizədlərin 56,1 faizi Bakıdan, 43,9 faizi isə respublikanın digər regionlarındandır. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəyini deməyə əsas verir.

Namizədlərin 12,3 faizi xarici, 87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66 faizini təşkil edir.

Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Bu imtahan da vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığı nəzərə alınaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunmuş razılığa əsasən keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin