400 manat qazanmışdı, 2 min cərimələndi

Hazırda oxunan: 400 manat qazanmışdı, 2 min cərimələndi

162938

“Telegram” sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Sabirabad sakini, 2000-ci il təvəllüdlü A.Məlikov (şərti) barəsində cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib. 
Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifələrin 30-35 min nəfər izləyicisi olub və A.Məlikov reklam paylaşımları edib. 

Məhkəmədə A.Məlikov kanalları pul qazanmaq üçün yaratdığını etiraf edib. O, ümumilikdə 400 manat qazandığını deyib. 

Onun ilk dəfə cinayət törətməsi, yaşadığı yerdə müsbət xarakterizə edilməsi və digər hallar nəzər alınaraq A.Məlikova həbslə əlaqəli olmayan cəza verilib. Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 2 min manat pul cəriməsi cəzası verilib.

Bununla yanaşı məhkəmənin hökmü ilə A.Məlikov 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. 

Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin