Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. 
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib. 
Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib. 
Şöbə əməkdaşları tərəfindən, həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib. 
Araşdırmalar davam etdirilir. 
 

- A-
- A
- A+
Cəmiyyət
							16:47 / 04.11.2023
							
						Paytaxt sakinləri qanunsuz silahları könüllü olaraq polisə təhvil veriblər - VİDEO
						
							
								Hazırda oxunan: Paytaxt sakinləri qanunsuz silahları könüllü olaraq polisə təhvil veriblər - VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Paytaxt sakinləri qanunsuz silahları könüllü olaraq polisə təhvil veriblər - VİDEO							
						162906
					Bizim.Media
 
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































