Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində vətəndaşa məxsus ikimərtəbəli iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə cəlb olun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 84m² olmaqla ümumi sahəsi 168m² olan ikimərtəbəli obyektin 2-ci mərtəbəsində lambirdən ibarət tavan 54m² sahədə və ümumi sahəsi 68m² olan köməkçi tikilinin yanar konstruksiyaları 14m² sahədə yanıb.
Obyektin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub.
Bizim.Media