Qubada sosial yardım düzəltmək adı ilə vətəndaşları aldadan şəxs SAXLANILDI – FOTO  

Hazırda oxunan: Qubada sosial yardım düzəltmək adı ilə vətəndaşları aldadan şəxs SAXLANILDI – FOTO  

162895

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı onlarla şəxsin sosial yardım düzəltmək adı ilə pullarını mənimsəyən Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

O, Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib. 

Həmin şəxs ifadəsində dələduzluq əməllərini səmimi etiraf edib. 

R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin