DTX və Miqrasiya Xidmətindən BİRGƏ ƏMƏLİYYAT – 26 nəfər SAXLANILDI – VİDEO  

Hazırda oxunan: DTX və Miqrasiya Xidmətindən BİRGƏ ƏMƏLİYYAT – 26 nəfər SAXLANILDI – VİDEO  

162862

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi müəyyən edilərək saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb. 

Araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib. 

Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 
Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin