Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı”x9d mövzusunda keçirilən II beynəlxalq konfrans-seminar öz işini uğurla davam etdirir. Qeyd edək ki, II beynəlxalq konfrans-seminar çərçivəsində dekabrın 23-də Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rəhbərliyi, konfrans-seminarın iştirakçıları,universitetin professor-müəllimləri, tələbələri iştirak ediblər.
Təqdimatını əsasən müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Amonaşvilinin Humanist pedaqogika sahəsindəki elmi fikirləri üzərində quran Paata Amonaşvili uşaqların təlim-tərbiyə və onların daxili mənəvi dünyalarının formalaşması məsələlərindən danışıb.xa0
Bildirib ki, həyatda hər kəsin xoşbəxtliyə münasibəti, yanaşması fərqlidir. Kimisi xoşbəxtliyi var-dövlətdə, zənginlikdə, təmtəraqlı həyat tərzində görür, kimisi isə mənəvi dəyərlər əsasında yaşamaqda, fəaliyyət göstərməyə üstünlük verir. Uşaqlar böyük və sərhədsiz enerjiyə malikdirlər. Böyük və hüdudsuz enerji isə yaradıcılığın təminatçısıdır. Uşağın daxili aləmini düzgün anlamaq, onun enerjisini, istedad və bacarığını düzgün istiqamətləndirmək lazımdır. Uşağa həm sərbəstlik vermək, eyni zamanda nəzarət edərək təhlükələrdən qorumaq vacibdir.xa0
Ailədə, məktəbdə təlim-tərbiyə prosesində uşaqlara daha çox mənəvi dəyərləri, humanist ideyaları aşılamaq lazımdır. Uşaqları daxili mənəvi rahatlığın hər şeydən üstün olduğuna inandırmaq lazımdır. Bunun üçün onları maddi yox, mənəvi dəyərlərin daha lazımlı, daha faydalı olmasına inandırmaq əsas şərtdir. Belə bir müdrik ifadə var: xoşbəxtlik- insanın daxili mənəvi sakitliyidir. Uşaqları insanlığın xoşbəxtliyi naminə çalışmağa sövq etməyə ruhlandırmaq, onları bu ruhda tərbiyə etmək, müqəddəs ümumbəşəri ideallara xidmət etməyə yönəltmək müəllimin qarşısında dayanan əsas vəzifələrdən biridir.
Dialoq və fikir mübadiləsi şəraitində keçən təqdimatda iştirakçıların sualları cavablandırılıb.






























































































