İsrail vətəndaşlarına səyahətlərlə bağlı XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: İsrail vətəndaşlarına səyahətlərlə bağlı XƏBƏRDARLIQ ETDİ 

162816

İsrail dünyada yəhudilərə qarşı hücumların artması səbəbindən vətəndaşlarını xarici ölkələrə səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Şurası və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

“Son həftələrdə bütün dünyada israillilərə və yəhudilərə qarşı həyati təhlükəsi olan hücumlarla yanaşı, antisemitizm və təhrik hadisələrinin əhəmiyyətli dərəcədə artmasının şahidi oluruq. Bu hadisələr dünyanın bir çox ölkəsində, o cümlədən terror xəbərdarlığı olmayan dövlətlərdə də baş verir”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. 
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin