Sevdiyi torpaqda şəhid oldu - FOTO

Hazırda oxunan: Sevdiyi torpaqda şəhid oldu - FOTO

162783

"Tural sonuncu dəfə ailəsi ilə  sentyabr ayının 24-də, şəhid olmasından bir neçə saat əvvəl əlaqə saxlamışdı. Ailəsi qulluq etdiyi hərbi hissənin ərazisindəki evlərində idi. Tural Qarabağda baş tutan anti-terror əməliyyatlarına qatıldığı üçün ailəsini rayona  gətirmişdim. Zəng edəndə özünün və yoldaşlarının salamat olduğunu demişdi. Bir neçə saat sonra isə şəhid olduğunu eşitdik".

Bu sözləri Bizim.Media-ya bu il sentyabrın 24-də Qarabağda "KamAZ" avtomobili ilə təminatdan qayıdarkən ermənilərin mina terrorunun qurbanı olmuş və bu gün 40 mərasimi keçirilən Tural Seyidovun qardaşı Rəşid Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olan Tural çox vətənpərvər gənc idi:

"O qulluq etdiyi hərbi hissədən antiterror əməliyyatları ilə əlaqədar Qarabağa ezam olunmuşdu. Sevdiyi torpaqda da şəhid oldu".
Şəhid Tural Seyidovun 40 mərasimində sakinlər, hərbçi yoldaşları, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, rəsmi qurumların təmsilçiləri iştirak edib.

Qeyd edək ki, Tural Seyidov əslən Şabran rayonunun Günəşli kəndindəndir.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin