Saatlıda 23 yaşlı sürücü ağır qəza törətdi, anası öldü

Hazırda oxunan: Saatlıda 23 yaşlı sürücü ağır qəza törətdi, anası öldü

162533

Saatlı rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb. 

2000-ci il təvəllüdlü Emil Astanov sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarətlər alıb. O, Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, vəfat edib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin