Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərə müəllim işləmək hüququ VERİLDİ - FOTO
Məlumata görə, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.
Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.
11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, ölkə üzrə 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.
Bizim.Media