Hansı deputatlar onlayn alış-veriş EDİR? – SORĞU 

Hazırda oxunan: Hansı deputatlar onlayn alış-veriş EDİR? – SORĞU 

162462

Dünyada olduğu kimi, ölkəmizdə də onlayn ticarətə maraq artmaqdadır. Azərbaycan vətəndaşları həm ölkə daxilindəki, həm də ölkə xaricindəki alış-veriş platformalarından istifadə etməklə istədikləri məhsulu əldə edə bilirlər.

Sosial şəbəkədə çox izlənən fenomenlər də onlayn alış-veriş etdiklərini izləyiciləri ilə paylaşıb, tövsiyələrini verirlər. 

Maraqlıdır, Milli Məclisin üzvləri necə, onlayn alış-veriş edirlərmi?

Bizim.Media bununla bağlı deputatlar arasında sorğu keçirib.

Fazil Mustafa

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa ailə üzvlərinin bu xidmətdən yararlandığını bildirib:

“Ümumiyyətlə, onlayn alış-veriş eləmirəm. Evdə oğlum, qızım, həyat yoldaşım edirlər. Özüm amma eləmirəm, bunu vərdişə çevirməmişəm. Amma normal yanaşıram, istənilən adam bu formada alış-veriş edə bilər”.

Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə onlayn sifariş etmədiyini deyib:

“Onlayn sifariş etmirəm, onlayn qaydada heç nə almıram. Nə alıramsa, birbaşa mağazada görüb, qiymətləndirib alıram”.

Rüfət Quliyev

Deputat Rüfət Quliyev isə həmkarlarından fərqli olaraq onlayn alış-veriş etdiyini deyib:

“Bu, zamanın tələbidir, bütün dünyada bu proses gedir, sivil qaydada inkişaf edir. Həmçinin, bizdə də... Təbii ki, mən də istifadə edirəm. Daha çox onlayn qaydada kitab sifariş edirəm. Hərdən xırda cihaz, disk, çox nadir hallarda isə hansısa paltar və suvenirlər olur. Əsasən kitab sifariş edirəm. Kitabları Rusiyadan, Belarusiyadan, bəzi vaxtlarda Çin, Avropa ölkələrindən alıram. Buna çox yüksək qiymət verirəm və inkişafının lehinəyəm. Hesab edirəm ki, bu, insanlar üçün də rahatdır”.

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov bütün məhsulları nağd şəkildə aldığını qeyd edib:

“Mən hələ indiyə kimi onlayn alış-veriş eləməmişəm. Nə alıramsa, nağd şəkildə Bakıdan alıram. Hansı ölkənin mallarını istəsən Bakıdan tapmaq mümkündür. Onlayn qaydada bunu etməyə ehtiyac qalmayıb. Özüm Xarici ölkələrdə səfərdə olarkən də almışam”.

Fəzail Ağamalı

Deputat Fəzail Ağamalı da heç bir məhsulu onlayn almadığını diqqətə çatdırıb:

“Mən ondan istifadə eləmirəm, nə ölkə daxilindən, nə də ölkə xaricindən... Bir şey, ya ərzaq məhsulları, ya da digər məhsullar lazım olanda marketə girirəm baxıram, seçirəm və lazım olanı alıb çıxıram. Vəssalam, məsələ bitir”.

Günel, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin