Ali Məhkəmə Zaqatalada baş verən cinayət hadisəsinin Şəki Ağır Cinayətlər Məhkəməsində yenidən baxılması haqda qərar verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yük maşınının sürücüsü işləyən Polad İsmayılov 12 il əvvəl Zaqatalada kirayə qaldığı evin 61 yaşlı sahibi Seyran Əyyubovanı öldürməkdə təqsirli bilinib və 11 il həbs cəzası alıb.
Cinayəti törətməkdə təqsirli bilinən Polad İsmayılov və vəkili Zabil Qəhrəmanov cinayət işinin düzgün aparılmadığına dair Ali Məhkəməyə protest verib. Araşdırmalardan sonra Ali Məhkəmə dörd ildir həbsdə olan Polad İsmayılovla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv edib.
Vəkil bildirib ki, bu səbəbdən iş yenidən apelyasiya baxışına qaytarılıb və yaxın vaxtlarda Şəki Ağır Cinayətlər Məhkəməsində proses keçiriləcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:06 / 01.11.2023
Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO
Hazırda oxunan: Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO
Hazırda oxunan: Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO
162368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.