Gecə saatlarında Ucarda eyni ərazidə 2-ci qəza baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən ərazidə iki ağırtonnajı yük avtomobili toqquşduğu ərazidə daha bir yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Elturan Məhəmmədəli oğlu Cəbrayılov idarə etdiyi mikroavtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb.
Nəticədə 16 nəfər - 41 yaşlı Zamin Zamanov, 29 yaşlı Cavid İbrahimov, 41 yaşlı Səbinə Niftaliyeva, 57 yaşlı Gülgəz Şirinova, 39 yaşlı Sevda Kərimova, 36 yaşlı Kamalə Əzizova, 46 yaşlı Səxavət İsmayılova, 38 yaşlı Elturan Cəbrayılov, 35 yaşlı Gülnar Qasımova, 31 yaşlı Azad Məmmədov, 45 yaşlı Elnarə İbrahimova, 39 yaşlı Xəyalə Kərimova, 53 yaşlı Fərqanə Rüstəmova, 50 yaşlı Sevinc Rüstəmova, 44 yaşlı Şəfəq Lətifova və 31 yaşlı Nigar Əlirzayeva müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərin vəziyyətləri qənaətbəxş olduğundan onlar ambulator müalicəyə göndəriliblər.
Qeyd edək ki, ötən gün axşam saat 20:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində Gəncə istiqamətində hərəkətdə olan 2 yük maşınının toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, Türkiyə vətəndaşı, 1956-cı il təvəllüdlü Şahin İlyas Şevketdir müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, bütün tibbi müdaxilələrə baxmayaraq zərərçəkənin vəziyyəti ağır olaraq qalır. Qaza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 01.11.2023
Ucarda eyni ərazidə 2-ci qəza: 16 nəfər xəsarət aldı
Hazırda oxunan: Ucarda eyni ərazidə 2-ci qəza: 16 nəfər xəsarət aldı
Hazırda oxunan: Ucarda eyni ərazidə 2-ci qəza: 16 nəfər xəsarət aldı
162366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.