Gəncədə kafedə tanışını öldürən şəxsin məhkəməsi BAŞLAYIR 

Hazırda oxunan: Gəncədə kafedə tanışını öldürən şəxsin məhkəməsi BAŞLAYIR 

162296

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, iyunun 27-də Gəncə şəhər sakini Kamil Cəfərovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

İstintaqla Samir Hüseynovun tanışı Kamil Cəfərovu aralarında yaranmış mübahisə zamanı şəhərin Nəriman Nərimanov prospektində yerləşən kafedə bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Samir Hüseynova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin