Növbəti ildən “uşaq pulu” BƏRPA EDİLİR?

Hazırda oxunan: Növbəti ildən “uşaq pulu” BƏRPA EDİLİR?

162289

Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən “uşaq pulu” adlı sosial müavinətin bərpasını təklif edirlər. 
2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.

Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı “uşaq pulu”nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?

Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media -ya açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqpulunun verilməsi ilə bağlı MÜBAHİSƏ BÖYÜYÜR – Ekspertlərdən TƏZADLI MÖVQE


"Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq. 

Konkret “uşaq pulu” deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək", - deyə deputat əlavə edib.

Günel, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin