Cəmiyyətimiz niyə AQRESSİVDİR?

Hazırda oxunan: Cəmiyyətimiz niyə AQRESSİVDİR?

162287

Ətrafımızdakı insanların gün keçdikcə daha əsəbi, hirsli olması günümüzün danılmaz faktıdır. Mütəxəssislərin fikrincə, bunun çoxsaylı səbəbləri var. Bu səbəblər arasında iş prosesi, yaşadığımız pandemiya əsas yer tutur.  

Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, aqressiya halları daha çox şəhərdə özünü göstərir: 
 

MÖVZU İLƏ BAĞLI:

Ağacların üzərinə yazılar cızanların hansı psixoloji problemləri var? – Psixoloqdan AÇIQLAMA


“İnsanlar arasında mütəmadi olaraq aqressiyanın, əsəbi ünsiyyətin, bəzən zorakılıq hallarının şahidi oluruq. Cəmiyyət bir sistemdir və orda istənilən nöqtədə baş verən bir proses cəmiyyətdəki digər hadisələrə də öz təsirini göstərir.  

İnsanın işindəki narahatlığı və ya hansısa problemi onun ünsiyyətinə, qurduğu münasibətlərə təsir göstərir. Yəni insanın problemi çoxaldıqca, aqressiyası da artır. Digər bir tərəfdən aqressiya daha çox şəhər insanında olur. Bu, urbanizasiyadır. Statistika onu göstərir ki, urbanizasiya olan yerdə, aqressiya halları daha çox baş verir. 
Bu gün sanki hər kəs bir yerə qaçır, harasa tələsir. Sabit çalışanda isə aqressiyanı tənzimləmək mümkün olur. Lakin əlbətə ki, insanlarda psixoloji dayanıqlılığı, rifah hissini formalaşdırmaq üçün maarifləndirmə işi aparmaq lazımdır. Düşünürəm ki, pandemiya da insanların psixologiyasına böyük təsir göstərdi. Dəyərlər üzərində yeniliklərin formalaşdırılması istiqamətində cəmiyyətdə kompleks tədbirlər görmək lazımdır”. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin