Azərbaycanda 2 milyondan çox elektron poçt BLOKLANDI – FOTO  

Hazırda oxunan: Azərbaycanda 2 milyondan çox elektron poçt BLOKLANDI – FOTO  

162252

Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanına əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilib, onlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir. 

Bizim.Media xəbər verir ki, bu barədə XRİTDX-nin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində bildirilir. 

Saxta domenlərin fəaliyyətinin qarşısı alınıb: 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 871 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub. 

Bununla yanaşı, 1-ci yarımildə Xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alınıb. Bunun nəticəsində xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulub və kiberhücum cəhdləri qabaqlanıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin