Ötən il suyun azlığından, bu il çoxluğundan məhv olan Salyanın PAMBIQ TƏSƏRRÜFATLARI – FOTO 

Hazırda oxunan: Ötən il suyun azlığından, bu il çoxluğundan məhv olan Salyanın PAMBIQ TƏSƏRRÜFATLARI – FOTO 

162237

Ək, becər, bol məhsul yetişdir, son nəticədə təbiətin şıltaqlığı  bütün əziyyətini bada versin...  
Söhbət  Salyan pambıqçılarından gedir. Necə deyərlər, aylarla zəhmətə qatıl torpaq deyəni elə, ək amma becərmə vaxtı tufan-qasırğa təsərrüfatın məhsuldarlığını heç etsin.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, bu il havaların qeyri-sabit, yağmurlu keçməsi aran bölgəsini, o cümlədən Salyan pambıqçılarını da çətin vəziyyətə salıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pambıq ixracında KƏSKİN AZALMA


Artıq yağanda dərd verən yağış...


Fasiləsiz yağışların yağmaı məhsul yığımını gecikdirməklə yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərib. Məhsuldarlığın 10-15 faiz aşağı düşməsi gözlənilir ki, bu da pambıqçılıqla məşğul olan fermerləri narahat edir. 

Fermerlər deyir ki, becərmə dövründə hər şey öz qaydasında olub: 

“Normal tempraturun olması səbəbindən tarlalara  vaxtında və səmərəli aqrotexniki qaydada qulluq  göstərə bilirdik. Vaxtında görülən işlər səmərəsini vermişdi, pambıq kolları yüksək səviyyədə bar verməyə hazır idi. Hər şey öz axarında gedirdi, lakin avqustun axırları və sentyabrda fasiləsiz yağışların yağması vəziyyəti çətinləşdirdi. 

“Ağ qızıl” təsərrüfatçısı İbadət Cəfərov bildirir ki, normal hallarda avqust ayının axırında pambığın təbii yolla rəngi dəyişir, yarpaqlarında müəyyən saralmalar gedir və qozalar açılmağa başlayırdı. 


Qozalar yenə açılmağa başladı, amma rütubətin çoxluğundan pambıq yaşıllaşdı. 

“Yağış yağdıqca saralıb açılmalı olan qozaların yerinə kollar yaşıllaşıb böyüməyə başlayır. Təbii ki, kollar böyüdükcə dibinə kölgə salırdı. Bu kölgənin və rütubətin hesabına qozalarda çürümələr  başladı”.  

Təsərrüfat sahibləri deyir ki, boyu balaca kollar olan sahələrdə problem yaşanmayıb. Münbit torpaqlarda, pambığın boyu hündürdür. Pambıqların boyu uzandıqca pambığın daban qozalarında çürümə baş verdi.  


Mütəxəssislərin fikrincə, Aran bölgəsində “ağ qızılın” 90-95 faizinin pambıqyığan maşınlarla yığılması nəzərdə tutulur. Bu məqsədlə sahələrin əksər hissəsi defolvasiya olunur. Mövcud şəraitdə isə görülən tədbirlər əhmiyyətini itirib. Belə ki, yağışlardan sonra defolvasiya olunmuş tarlalarda pambıq kolları yenidən çürüdüyü üçün kombaynlar məhsulu tam götürə bilmr. Bu da şübhəsiz ki, çox böyük itkilərə səbəb olur. 

Hazırki vəziyyətdə ən çox çətinliklə üzləşənlər kombayn sürücüləridir 

Sürücü İlqar  Kərimovla həmsöhbət olduq. Sükan arxasında olan sürücü İlqar bir-iki dəqiqəsini bizə ayıraraq  qarşılaşdıqları çətinlikləri bizimlə bölüşüb: 

“Yağan yağışlar fəsadlar törədib. Torpaq nəm olduğu üçün, qozalarda çürümə yaranıb bu da texnikanın sahədə  hərəkəti çətinləşdirir. Həm də məhsulu tam yığa bilmirik. İtkilər var. İş təmiz olmayanda bu bizi qane etmir”.


Məsələ ilə əlaqədar Salyan DAİM-nin bitkiçilik sektorunun müdiri  Rəşad Əsgərli bildirib ki, cari il Aran bölgəsində yağıntıların miqdarı çox olub: 

“Bu da pambıqçılıq təsərrüfatına təsirsiz ötüşmədi. Yağıntıların çoxluğu artıq pambıq yığımı ilə əlaqədar olan tədbirlərin həm ləngiməsinə, həm də pambıqçılıq təsərrüfatlarında məhsuldarlığın qismən azalmasına səbəb olub. Hal-hazırda sahələrdə yığım prosesi davam edir. Nəzərdə tutmuşuq ki, havalar isti və quraq keçərsə, pambıq yığımını optimal müddətdə başa çatdıraq”. 

Mütəxəssislər hesab edir ki, bu il fasiləsiz yağışların yağması, məhsul yığımını ən azı 15 gün gecikdirib. Bununla yanaşı ,ötən illə müqayisədə cari mövsümdə məhsuldarlığın 10-15 faiz aşağı düşməsi gözlənilir. 
Əgər bundan sonra da yağışlar düşərsə, bu rəqəm arta bilər... 














Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin