Cəlilabadda 16 yaşlı yeniyetmə 18 yaşlı həmkəndlisi tərəfindən BIÇAQLANIB 

Hazırda oxunan: Cəlilabadda 16 yaşlı yeniyetmə 18 yaşlı həmkəndlisi tərəfindən BIÇAQLANIB 

162206

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, kəsilmiş-deşilmiş xəsarətlər alan rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Ə. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Müayinədən sonra məlum olub ki, yeniyetmə başın müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Hadisənin 18 yaşlı həmkəndlisi ilə aralarında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.  
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini N.Ə. saxlanılıb.  

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin