Azərbaycan-Ermənistan münasibətləri normallaşandan sonra Qərbi azərbaycanlıların öz yurdlarına getməsi və qəbirləri ziyarət etməsi ikitərəfli sazişdə əks olunmalıdır. Çünki qayıdış birdən-birə baş verən proses deyil. Ona görə də Qərbi azərbaycanlılar ilkin mərhələdə indiki Ermənistan ərazisinə getməli, orada hansısa bir müddət qalmaq hüququ əldə etməlidir. Ermənistan isə onlara təhlükəsizlik zəmanəti verməlidir.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib.
Deputat qeyd edib ki, əgər Ermənistan dövləti ermənilərin Qarabağda təhlükəsizlik yaşamasını istəyirsə, bu məsələni özü də həll etməlidir.
Əgər sülh müqaviləsi imzalanarsa, bu, ikitərəfli sazişdə öz əksini tapa bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 30.10.2023
Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisinə getməlidir - Rasim Musabəyov
Hazırda oxunan: Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisinə getməlidir - Rasim Musabəyov
Hazırda oxunan: Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisinə getməlidir - Rasim Musabəyov
162165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.