Bizim.Media YAZDI – Lənkəranda naqildən asılı vəziyyətdə qalan rabitə dirəyi ÇIXARILDI – FOTO 

Hazırda oxunan: Bizim.Media YAZDI – Lənkəranda naqildən asılı vəziyyətdə qalan rabitə dirəyi ÇIXARILDI – FOTO 

162157

Lənkəran rayonunun Gərmətük qəsəbəsində rabitə dirəyinin asılı vəziyyətə düşərək təhlükəli hal yaratdığını xəbər vermişdik. Söhbət qəsəbənin mərkəzindən, Gərmətük tam orta məktəbə gedən yoldan gedir.  

Məsələ Bizim.Media-da ictimailəşəndən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi problemi yoluna qoyub və sakinlərin narahatlığına səbəb olan vəziyyət aradan qaldırılıb. Belə ki, naqildən asılı vəziyyətdə qalan rabitə dirəyi çıxarılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB – FOTOFAKT


Bu barədə qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib. 

Həmçinin qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə, eləcə də yeni dirəklərlə əvəzlənir:

“Əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. 

Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb”, deyə məlumatda vurğulanıb.






Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin