Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər YARADILACAQ – RƏSMİ  

Hazırda oxunan: Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər YARADILACAQ – RƏSMİ  

162096

Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.

Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Bakı əhalisinin sayı 2 milyonu keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı "ÇÖKÜR" – Paytaxtın əhali sıxlığı PROBLEMİ 


Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda 4 milyondan çox insan yaşayır.  

Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.  

Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.  

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq: 

“Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub. 

Eyni zamanda, şəhər mərkəzindən yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı 6 alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin