Gəncədə tibb sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

Hazırda oxunan: Gəncədə tibb sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

161967

Gəncə şəhərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə iki günlük “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans öz işinə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və “Qastroenterologiya və İnvaziv Endoskopiya” Elmi Araşdırmalar və Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Türkiyədən dəvət olunan 6 professor heyəti, Bakı və Gəncə şəhərindən olan həkim - mütəxəssislər aktual mövzularla çıxışlar ediblər. 

Gəncə Dövlət Filarmoniyasında baş tutan beynəlxalq konfransda mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər, son tədqiqatlar barədə təqdimatlar yer alıb. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovun Bizim.Media-nın yerli bürosuna verdiyi müsahibəsində bildirib ki, belə beynəlxalq konfranslar həkimlərimizə qastroenterologiya və cərrahiyyə sahəsində yeni elmi təcrübələrlə tanış olmağa, ağır xəstəliklər zamanı müasir tibbi metodların tətbiqi vasitəsilə müalicə üsulları ilə bağlı elmi biliklərin artırılmasına yardımçı olur:

“Bu gün Azərbaycanda, o cümlədən də Gəncədə, müəssisələrimizdə tibbin son yeniliklərinin tətbiq olunması ilə cərrahi əməliyyatlar həyata keçirilir və qastraenrtoloji müayinə-müailicə üsulları tətbiq olunur. Bu beynəlxalq konfransda həm Türkiyədən dəvət olunan tanınmış professorların, həm də yerli mütəxəssislərimizin iştirakı ilə bir təcrübə bölgüsü apardıq.
Burada Bariatrik-Metabolik cərrahiyyədə revizional əməliyyatlar zamanı güvənli əməliyyat planlaması, Hepatobiliar xəstəliklərdə endoskopik ultrasonoqrafiya, Laparoskopik rektum cərrahiyyəsi zamanı rektum transseksiyası və anastomoz texnikaları, Qasıq yırtıqlarında  TAPP -  transabdominal pre-peritoneal əməliyyatlarının aparılması qaydaları, Laparoskopik rektum cərrahiyyəsi zamanı rektum transseksiyası və anastomoz texnikaları və digər maraqlı mövzularda çıxışlar oldu.

Hesab edirəm ki, bu “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans ölkəmizdə bu sahədə fəaliyyət göstərən həkimlərimiz və mütəxəssislərimiz üçün çox faydalı olacaq”.

Konfransda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərən cərrahlar, onkoloqlar, qastroenteroloqlar, terapevtlər iştirak edirlər. 

Direktor onu da əlavə edib ki, konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimlərə 13 kredit balının verilməsi nəzərdə tutulur.


























Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin