İlin ikinci Ay tutulması başlayıb

Hazırda oxunan: İlin ikinci Ay tutulması başlayıb

161945

2023-cü ilin ikinci Ay tutulması başlayıb. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, bu, qismən Ay tutulmasıdır. 

Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlanıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq. 
2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin