Oğuzda 36 yaşlı Tərtər sakini DÖYÜLÜB 

Hazırda oxunan: Oğuzda 36 yaşlı Tərtər sakini DÖYÜLÜB 

161931

Oğuz rayon ərazisində döyülmə hadisəsi baş verib. İlkin araşdırmalarla hadisənin tərəflər arasında yaranmış mübahisə zəminində baş verdiyi məlum olub.  

Bizim.Media-nın yerli bürosu DİN -in mətbuat xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, 36 yaşlı Tərtər rayon sakini Nicat Abbasov Oğuz rayon ərazisində naməlum şəraitdə döyülüb.  

Hadisə barədə polisə məlumat daxil olan kimi əməkdaşlar xəstəxanaya yollanıb. İlkin müayinələr zamanı onda bədənin müxtəlif nahiyələrinə nüfuz edən küt travmaları aşkar edilib.

Tərtər sakininə ilkin tibbi yardım göstərildikdən sonra onun müalicəsini Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirməsi məqbul hesab edilib.  

Regional qrupdan o da bildirilib ki, Nicat Abbasova xəsarətlər yetirən şəxsin kimliyi artıq bəllidir . Hazırda rayon polis şöbəsində hadisə üzrə araşdırmalar gedir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin